Vasif Qafarovun təbliğat-təşviqat kampaniyası davam edir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizəd Vasif Qafarovun təbliğat-təşviqat kampaniyası davam edir.

Vasif Qafarov avqustun 26-da Lerik rayonunun Lüləkəran, Şinəband, Nuravud və Orand kəndlərində  və avqustun isə 28-də isə Astara rayonunun Kakalos, Pensər, Siyaku kəndlərində və eyni zamanda Lerik rayonunun Anbu, Perzəkücə, Barzavu, Osnağakücə və Xəlifəkücə kəndlərində seçicilərlə görüşüb. Seçicilər tərəfindən böyük coşqu ilə qarşılanan tarixçi alim Azərbaycan Respublikasının bütün ərazisində keçirilən bu parlament seçkilərində namizəd kimi iştirak etməkdən böyük fəxarət və qürur hissi keçirdiyini bəyan edib və seçiciləri öz seçki platforması və planları barədə məlumatlandırıb. Görüşlərdə çıxış edən ziyalılar və ağsaqqallar Vasif Qafarova öz təbriklərini və xeyir-dualarını çatdırıblar və sentyabrın 1-də seçkidə aktiv iştirak edib onu dəstəkləyəcəklərini bildiriblər.

Qeyd edək ki, Vasif Qafarov 1982-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olub. Tarix elmləri doktorudur. AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisidir.