Vasif Qafarovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizəd Vasif Qafarovun təbliğat-təşviqat kampaniyası davam edir.

Vasif Qafarov avqustun 24-də Lerik rayonunun Vizəzəmin, Hamarmeşə və Bibiyani kəndlərində  və avqustun 25-də isə rayonunun Qosmalian, Kələxan, Pirasora və Şonaçola kəndlərində seçicilərlə görüşüb. Seçicilər tərəfindən böyük coşqu ilə qarşılanan tarixçi alim Azərbaycan Respublikasının bütün ərazisində keçirilən bu parlament seçkilərində namizəd kimi iştirak etməkdən böyük fəxarət və qürur hissi keçirdiyini bəyan edib və seçiciləri öz seçki platforması və planları barədə məlumatlandırıb. Görüşlərdə çıxış edən ziyalılar və ağsaqqallar Vasif Qafarova öz təbriklərini və xeyir-dualarını çatdırıblar və sentyabrın 1-də seçkidə aktiv iştirak edib onu dəstəkləyəcəklərini bildiriblər.

Qeyd edək ki, Vasif Qafarov 1982-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olub. Tarix elmləri doktorudur. AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisidir.

Şöhrət Əliyev