Vasif Qafarovun seçkiqabağı təşviqat kampaniyası davam edir

01.09.2024-cü il tarixində keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə əlaqədar namizədlərin seçkiqabağı təşviqat mərhələsi davam edir.

01.09.2024-cü il tarixində keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə əlaqədar namizədlərin seçkiqabağı təşviqat mərhələsi davam edir. 80 saylı Lerik-Astara seçki dairəsindən öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş Vasif Qafarovun avqustun 15-də Lerik rayonunun Daster və Siyov inzibati ərazi dairələrində seçicilərlə görüşləri keçirilib. Namizədin facebook səhifəsinə əsasən görüşlərdə Vasif Qafarov çıxış edərək öz platformasının əsas müddəalarını açıqlayıb və seçiciləri narahat edən problemlərdən danışıb.

Seçicilər Vasif Qafarova dəstək ifadə edərək parlament seçkilərində fəal iştirak edib, onu dəstəkləyəcəklərini bildiriblər.

Qeyd edək ki, Vasif Qafarov 25 yanvar 1982-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olub. Tarix elmləri doktoru, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisidir.

https://www.facebook.com/vasif.qafarov.18

Şöhrət Əliyev