Azərbaycan qlobal siyasətdə vacib aktor rolunda çıxış etməkdədir

"Bu gün qlobal geosiyasi proseslər fonunda dünyada ciddi kataklizmlər, münaqişələr, toqquşmalar, iqtisadi böhranlar hökm sürməkdədir. Baş verən hadisələr də istər-istəməz bütün dünya ölkələrinə ən müxtəlif formada ciddi təsirini göstərməkdədir. Bu proseslər təbii ki, Azərbaycanda da öz təsirini göstərir. Lakin cənab Prezident İlham Əliyevin yürütdüyü çevik siyasət nəticəsində baş verən böhranlı hadisələr Azərbaycandan ya yan keçir, ya da ki, təsiri minimuma endirilir".
Bunu açıqlamasında Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov deyib.
O əlavə edib ki, cənab Prezidentin yürütdüyü çevik, uzaqgörən və müdrik siyasəti nəticəsində baş verən böhranlardan belə Azərbaycanın milli maraqlarına uyğun olaraq üzləşdiyi problemlərin həllinə yönəltməyi bacarır: "Prezident İlham Əliyevin böyük diplomatik ustalığı nəticəsində Azərbaycan qlobal siyasətdə vacib aktor rolunda çıxış etməkdədir, yerləşdiyimiz əlverişli coğrafiyanın fürsətlərindən Azərbaycanın gələcək strateji inkişafı, təhlükəsizliyi üçün faydalanmaqdadır. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan Avrasiya coğrasiyasında baş verən proseslərdə əsas oyunçulardan birinə çevrilərək Qafqaz və Xəzər hövzəsində yeni geosiyasi reallıqlar yaradıb və buna uyğun olaraq siyasətini yürütməkdədir.
Ölkə başçısı mövcud qlobal geosiyasi, geoiqtisadi prosesləri xeyrimizə yönəltməklə Azərbaycan Qərblə Şərqin, Şimalla Cənubun ciddi logistik qovşağına çevrilib. Yeni reallıqlara uyğun olaraq Qərb və Şərq ölkələri, eləcə də Şimal və Cənubla sıx əməkdşalıq münasibətləri yaranıb. Bununla da fərqli baxışlı güclərin maraqlarını uzlaşdırılmaqla bölgəmiz toqquşma mərkəzinə deyil, əməkdaşlıq mərkəzinə çevrilib. Prezident İlham Əliyevin İtaliyaya son səfəri də Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinə olan səfərləri kimi məhz bu siyasi məqsədlərə xidmət edir. Azərbaycanla İtaliya arasında onilliklərdir ki, iqtisadi, siyasi və enerji sahəsində çox sıx əməkdaşlıq mövcuddur. Ümumiyyətlə, kollektiv Qərblə, xüsusən də Avropa ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetini təşkil edir. Bu gün Azərbaycan Avropada etirbalı tərəfdaş ölkə kimi, həm də enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynamaqdadır və bu da Qərb ölkələri tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan gələcəkdə də təkcə neft-qaz sahəsində deyil, "yaşıl enerji" vasitəsi ilə Avropanın enerji təhlükəsizliyində ciddi rol oynamaq istəyir. Azərbaycanın bu təşəbbüsü və yürütdüyü siyasət Avropa tərəfindən müsbət qarşılanmaqdadır. Bu da Azərbaycanın nəinki, Qafqaz, Xəzər hövzəsində, Mərkəzi Asiyada, Avropada və dünyanın digər bölgələrində də nüfuzunun artmasına, ciddi aktor rolu oynamasına öz müsbət təsirini göstərir. Bütün bunları isə cənab Prezidentin dünyamiqyaslı ciddi lider kimi qəbul olunmasının, Azərbaycanın isə beynəlxalq miqyasda nüfuzunun artmasının göstəricisidir. Dünya Azərbaycan Prezidentini və Azərbaycanı belə qəbul edir".