Rayon seçiciləri Vasif Qafarovu dəstəkləyəcəklərini bildirdilər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizəd Vasif Qafarov təbliğat-təşviqat kompaniyası davam edir.

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizəd Vasif Qafarov təbliğat-təşviqat kompaniyası çərçivəsində Lerik rayonunun Veri, Veri Əliabadı, Tikəband, Davradibi (17.08.2024), Monidigah və Blaband (17.08.2024) inzibati ərazi dairələrində seçicilərlə görüşlər keçirib. Görüşlərdə Vasif Qafarov öz platformasının əsas müddəalarını açıqlayıb və seçiciləri narahat edən problemlərdən danışıb. Sonra kənd ağsaqqalları, seçicilər çıxış edərək bölgədəki problemlərdən və onların aradan qaldırılası yollarından danışaraq parlament seçkilərində fəal iştirak edib, Vasif Qafarovu dəstəkləyəcəklərini bildiriblər.

Seçkdə "Uğurlu keçmiş, parlaq gələcək!" şüarı ilə çıxış edən Vasif Qafarov 25 yanvar 1982-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olub. Tarix elmləri doktoru, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisidir.

https://www.facebook.com/vasif.qafarov.18

Şöhrət Əliyev