Prezident İlham Əliyevin İtalya səfəri-ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtalya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə sentyabrın 4-də Romaya işgüzar səfər edib.

Görüş gələcəkdəki münasibətlərə necə təsir edəcək?

Mövzunu "informator.az"a şərh edən politoloq Azad Məsiyevin sözlərinə görə, Prezidentin İtaliyaya səfəri həm siyasi, həm də iqtisadi əhəmiyyət daşıyır:

"Azərbaycan həm şərq, həm qərb, həm şimal, həm də cənubla iqtisadi-siyasi əlaqələrini gücləndirməkdədir. O cümlədən də, Avropayla Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan əlaqələrini gücləndirir. Avropa birliyinin ayrı-ayrı dövlətləri Azərbaycana qarşı qərəzli davranır. Avropa dövlətləri dünya siyasətində aparıcı rola sahibdir. Ona görə də Azərbaycan İtaliya ilə əlaqələri yüksək səviyədə tutur. Azərbaycan Avropanın 1/3 qazla təmin edir, bunun üçün müqavilələr də bağlanıb. Ukrayna münaqişəsilə bağlı Avropanın Rusiya ilə əlaqəsi kəsilib. Buna görə də Azərbaycan Avropanın 10-a yaxın dövlətilə iqtisadi münasibəti gücləndirir. Azərbaycan həmçinin Avropa Birliyinin ona qarşı qərəzli münasibətində İtaliyanın nüfuzundan istifadə etmək istəyir. İtaliyayla münasibəti gücləndirmək bizim xarici siyasətimizin tərkib hissəsidir. Azərbaycan balans siyasətinə  üstünlük verir. Bu xarici siyasət doktrinasının tərkib hissəsidir və genişləndirilməlidir. Bu baxımdan bəzi qərb dairələri, xüsusilə də, Ermənistan, bu məsələyə qısqanclıqla yanaşmaq istəyəcək. Azərbaycanla İtaliyanın münasinətinə xələl gətirmək üçün kompaniya başladacaq. Eyni zamanda noyabrda Bakıda COP-29 tədbiri keçirəcək. Bu tədbirdə İtaliya nümayəndələrinin iştirakı vacibdir. Çünki Azərbaycan bu beyəlxalq tədbiri layiqincə yerinə yetirməlidirki, beynəlxalq imicini gücləndirsin".

Fidan Fərhadlı