İnsan üçün sağlamlıq bütün nemətlərdən və dəyərlərdən qiymətlidir – FOTO


Həkim soyuqqanlı, xoşxasiyyət və insanpərvər olmalıdır. O, sağalmaqda olan insan üçün mühafizəçi, sağlam şəxs üçün dost olmalıdır. O, xəstənin sağalmağa olan ümidini hər an dəstəkləməlidir.
 Hippokrat
İnsan üçün sağlamlıq bütün nemətlərdən və dəyərlərdən qiymətlidir. Lakin bəzən bu gerçəyi unudur, səhhətimizə biganə yanaşır, vaxtsız xəstəlik, dərd-bəla tapırıq. Bu isə çox vaxt çətin müalicə olunan xəstəliklərə gətirib çıxarır. Vaxtında səhhətinin qayğısına qalmayanın sonda xəstəxana yollarında ümid, çarə axtarmaqdan başqa yolu qalmır.
Bu gün həyatımızı.səhhətimizi etibar edə biləcək böyük təbib ordusuna malikik. Müalicə üçün getdiyimiz tibb ocaqlarında canımızı peşəkar həkimlərə etibar etməyə üstünlük veririk. Təbii ki.xəstə öz həkiminə inanarsa, onda mübarizə apardığı xəstəliklə mübarizədə də qalib ola bilər.Sevindirici haldır ki,son illər həm tibb sahəsində, həm də peşəkar həkimlərimizin müasir tibb biliklərinin mənimsəmələrində böyük uğurlar göz önündədir.
Mən də tez-tez səhhəti ilə bağlı şikayətlənən əhali qismindən biri olaraq tibb sahəsi ilə əlaqələrimi olur. Yaxşı həkim onun davranışlarından,xəstə ilə təmaslarından özünü bəlli edir.
Mən uzun müddət idi ki,  digər xəstəliklərlə yanaşı görmə qabiliyyətimin sürətlə zəifləməsi problemindən əziyyət çəkirdim. Tibbi müdaxilənin vacib olduğunu bildiyim üçün şəhərimizdəki tibb ocaqlarında fəaliyyət göstərən oftolomoqların hansına müraciət etməkdə tərəddüdüm var idi.İnsana əz vacib olan gözü ustalarına etibar etmək kimi mentalitetimiz olduğunu nəzərə alsaq axtarışlarım xeyli müddət çəkdi. Bu fikir ölkəmizdə savadlı, təcrübəli, peşəkar oftolomoqların azlığı anlamına gəlməsin. Biz insanıq və belə fikirlərə düşə bilirik. Eyni zamanda, tibbi sığortaya daxil olan bu əməliiyatın baş tutaması üçün axtarışlarım zaman bəzi xəstəxanalarda sığorta zərfinə aid olmayan istəklər də tərədüdümdə mühüm rol oynayırdı.
Çoxsaylı vətəndaş məsləhətləri məni Mərkəzi Neftçilər Xəstəxanasının tanınmış həkim-oftomoloqu  Şəfa Hacıyevaya müraciət etməyə inandıra bildi. Çox şadam ki, seçimimdə yanılmamışam. Şəfa xanım sozün həqiqi mənasında biz xəstələr üçün şəfa mənbəyi olduğunu həm vətəndas münasibətlərində, həm də xəstəyə qayğı və diqqətində əyani sübut etməyi bacaran bir tibb işçisi kimi böyük rəğbətimizi qazanmışdır. Şəfa xanım mənim göz müayinəmi dəqiqliklə həyata keçirəndən,tibbi məsləhətlərini verəndən sonra cərrahi müdaxiləni də uğurla başa çatdırdı.İndi dünya gözü ilə hər rəngi,hər gözəlliyi rahatlıqla görmək qismətimiz oldu. Mənim gözümə yeni həyat verən  peşəkar həkim Şəfa Hacıyevanın zəhmətinə verə biləcəyim tək şey isə ona sonsuz minnətdarlığımdır.
 

Şəfa  Hacıyeva
Mən həkim oftomoloq Şəfa Hacıyevanın ali keyfiyyətləri barədə uzun -uzadı  yazmaq  niyyətində deyiləm. Çünki o, işinin peşəkarıdır, zəhmətkeşdir, təmsil etdiyi sahəyə ancaq hörmət gətirən bir təbibdir.
 
Şəfa  Hacıyeva 1994-2000 – ci illərdə  Azərbaycan Dövlət Tibb Universitetində təhsil almış, 2000-2001 – Z.Əliyeva adına Elmi-tədqiqat Göz İnstitutunda  Həkim interna kimi fəaliyyətə başlamış, 2004- cü ildən  bugünədək Mərkəzi Neftçilər Xəstəxanasında  oftomoloq həkim kimi çalışır. 20 illik göz həkimi stajı olan Şəfa xanım dəfələrlə Türk Oftalmoloji Dərnəyi və konfranslarında, Z.Əliyevanın ad gününə həsr olunmuş beynəlxalq retinoloqlar konfranslarında iştirak etmişdir.
Peşəkar, xəstələrinə qarşı səmimi davranışları sevilən Şəfa Hacıyevın həkim kimi fəaliyyətindən  barəsində çox  şeylər yazmaq olar.Ancaq Şəfa xanım təvazökar biri olduğu üçün özü haqqında danışmağı sevən biri deyildir. Mən də veteran jurnalist kimi, sevimli göz həkimimə mənim üçün çəkdiyi zəhmətin dəyərini ancaq bu məqalə ilə vermək istərdim. Eyni zamanda, həm Şəfa xanımı, həm də Mərkəzi Neftçilər Xəstəxanasının rəhbərlik və tibb heyətini qaşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edir, onlara sağlamlığımız  üçün işlərində uğurlar arzulayıram.


Məzahir Həsənov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü