2024-cü il artıq başa çatmaq üzrədir. Hər il olduğu kimi bu gün də hamını maraqlandıran bir sual var: növbəti ildə bizi nələr gözləyir?
Bakuplus.az-ın əməkdaşı Moskvada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayev ilə həmsöhbət olub.
İlkxeber.org həmin müsahibəni təqdim edir:
– 2024-cü illə vidalaşmağımıza sayılı günlər qalır. Hər kəsi maraqlandıran bir sual var: 2025-ci ildə bizi nələr gözləyir?
– 2025-ci il odlu-alovlu ildir. Vulkan püskürmələri, sunami və zəlzələlər ili olduğunu deyə bilərəm. İlin yaxşı tərəfi odur ki, bu il yeni ideyalar, düşünən insanların, çalışan beyinlərin və yeni ixtiraların ilidir.
– Gələn ilin daha nə kimi özəlliyi olacaq?
– İlin xarakteri çox aqressivdir, mən bunu məhz təbii fəlakətlər baxımından söyləyirəm. Ələlxüsus də sakit və dinc həyat tərzi sürən qərb və Avropa da bu il qorxu içində olacaq.
– Hansı ölkələrin problemləri daha çox olacaq?
– Hazırda gərginlik Rusiya-Ukrayna, İsrail-Fələstin və Suriyada baş verən hadisələrdir. 2025-ci ildə bu gərginliklər qeyri-stabil olaraq qalacaq. Ancaq 2026-cı il təəssüf ki, müharibələr ili olacaq.
– Qarşıdan gələn ildə inflyasiya gözlənilirmi?
– Rusiya-Ukrayna gərginliyini nəzərə alsaq, 2025-ci ildə inflyasiya olmalıdır. Ancaq mən bunun böyük inflyasiyaya gətirib çıxaracağını görmürəm.
– 2024-cü il ilə bağlı gözləntilərinizin hər biri oldumu?
– 2024-cü il üçün verdiyim proqnozlar göz qabağındadır. Buraya Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qalib gələcəyi, Fətullah Gülənin öz əcəli ilə öləcəyi, 2024 və 2025-ci ilin vulkanlar və zəlzələlər illəri olması, itkin düşmüş Narin Güranla bağlı Diyarbəkir polisinə verdiyim önəmli məlumatlar, Amerikada və Qərbdə UNO-ların meydana çıxmaları və bir çox proqnozlar özünü dəqiqliklə doğrultdu.
Donald Trampın yenidən prezident seçiləcəyi mövzusunda isə yanıldım. Ancaq burada da bəzi məqamlar var ki…
– Zirəddin bəy, gələn il hansı məşhurlar təhlükədədirlər?
– Məşhurlarla bağlı proqnozlar vermək istəmirəm. Bir onu deyə bilərəm ki, məşhur incəsənət xadimlərindən biri dünyasını dəyişəcək və o, kişi cinsidir.
– Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Bu haqda nə deyə bilərsiniz?
– Çox kədərləndim, doğrudan da kədərli hadisədir. Bu hadisə ilə bağlı mən gündəmə gəlmək istəmirəm. Amma 2022-ci ilin avqust ayında Azərbaycan üçün təyyarə qəzası görmüşdüm. Bunu “Instagram” səhifəmdə də paylaşmışam. Allah həlak olanlara rəhmət etsin.
– Yaxın Şərq və ya Avropada münaqişələr gözlənilirmi?
– Çox təəssüf ki, yaxın Şərq hələ odda çox yanacaq.
– Hər hansısa bir xəstəliklər gözlənilirmi?
– Rusiya-Ukrayna gərginliyi bitdikdən sonra yeni təhlükəli viruslar dünyanı əhatə edəcək.
© 2020 - Created by İLK XEBER.