Türkiyədən üzücü xəbər: Polis maşını partladıldı

Türkiyənin Diyarbəkir şəhərində polis maşınına bombalı hücum təşkil edilib.

Hadisə nəticəsində 8 polisin yaralandığı açıqlanıb.

Hadisə yerinə yanğınsöndürmə briqadası və xüsusi əməliyyat bölməsi göndərilib.

Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.