Gürcüstanda kritik tarixə 4 gün qalıb. Ekspertlər parlament seçkisinin nəticəsini həm Gürcüstan, həm Cənubi Qafqaz, həm də regionda maraqlı olan qüvvələr baxımından mühüm olduğunu iddia edir. Aksiyaların başlaması da prosesin sancılı keçəcəyini deməyə əsas verir.
Seçkinin nəticələri necə olacaq? Bu seçkini ABŞ qazanacaq, yoxsa, Rusiya?
Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, ABŞ Cənubi Qafqazı öz təsirinə salmaq istəyir:
“Bu gün Ermənistan faktiki olaraq ABŞ-ın nəzarətində olan bir dövlətdir. İndi isə rəsmi Vaşinqton Gürcüstanı təsirinə salmaq istəyir.
Gürcüstanda keçiriləcək seçkilərin nəticəsindən asılı olmayaraq bu ölkəni bir xaos gözləyir. Belə ki, əgər hakim partiya seçkidə qələbə qazanarsa, bu zaman ABŞ öz agentura şəbəkəsi və “Soros fondu”nun dəstəyi ilə Gürcüstanda müxalifəti hakimiyyətə qarşı qaldıracaq. Başqa sözlə desək, dövlət çevrilişinə cəhd edəcək. Seçkiləri müxalifət qazansa, bu zaman Gürcüstan yenə Rusiya ilə müharibəyə cəlb ediləcək. Yəni yenə Gürcüstanı bir xaos gözləyəcək.
“Gürcü Arzusu” – Demokratik Gürcüstan Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili sonuncu açıqlamasında ABŞ və Qərbin ondan tələbini dilə gətirdi. Belə ki, ondan Rusiya ilə 4 günlük müharibə etməsini, hətta partizan hərəkatı ilə müharibəni davam etməsini istədiklərini dedi.
Göründüyü kimi, Qərbin məqsədi Gürcüstanda sadəcə xaos yaratmaq idi. Gürcüstan Qərbin əlinə keçsə yeni hədəf Azərbaycan olacaq”.
© 2020 - Created by İLK XEBER.