Dünya üçün fəlakət ssenarisi: bumeranq effekti və imperializmin çöküşü

Əli Zülfüqaroğlu

ABŞ mərkəzli beynəlxalq maliyyə sistemi (Petrodollar) çöküş prosesini yaşayır və bunun qarşısını almaq mümkünsüzdür. Hazırda dünya dövlətlərinin milli gəliri 100 trilyon, amma borc 300 trilyon dollardır. İlkin sual yaranır ki, mövcud olmayan 200 trilyon borc necə yaranıb?
İkincisi, 2016-cı ildə açıqlanan statistikaya görə, dünyada dövriyyədə olan dollar kütləsi 1600 trilyon dolları keçib. Yəni dünya dövlətlərinin milli gəlirindən 16 dəfə artıq kosmik bir rəqəmdən söhbət gedir. Bu arxasında əmtəə olmayan, insanların ağlı ilə manipilyativ oynama nəticəsində qurulmuş və üfürülmüş şara bənzədilən bir sistemdir.
İkinci dünya müharibəsindən sonra mərkəzi İsveçrədə yerləşən banklar iqtisadi cəhətdən çökmüş dövlətləri yeni qlobal finans sisteminə boyun əyməyə məcbur etdilər və buna nail oldular. Amma o zaman dövlətlər buna həm də ona görə getdilər ki, bütün valyutalar qızıla dayalı idi və bu 1971-ci ilə qədər davam etdi. 1971-ci ildə isə FED dolların arxasından qızılı götürdü. Bununla paralel olaraq dünya pulu və etibarlı yatırım vasitəsi olaraq qalması üçün dolları neft və qaza bağlamağa nail oldu. Dünyada neft və qaz dollarla satıldığı üçün müəyyən həddə qədər dəyərini itirmədi.

Hiperinflyasiya qaçılmazdır

1971-ci ildən başlayaraq indiyə qədər arxasında qızıl olmayan dollar kütləsinin çap edilməyə başlanılması, yəni FED-in arxasından qızılı çəkərək qarşılıqsız dollar kəsmə fürsəti əldə etməsi dünya əhalisini və dövlətlərini kölə durumuna düşürdü və şar daha sürətlə üfürülməyə başlanıldı ki, bunun da sonsuza qədər davam etməsi qeyri-mümkündür.
İstənilən halda dolayısı ilə FED-in flialları statusu daşıyan mərkəzi bankların səbəbsiz faiz ödəməsi və bunun nəticəsi olaraq milli valyutaların getdikcə dəyərdən düşməsi və əlavə pul kütləsi çapına məcbur qalması nəticəsində dövlətlərin mütəmadi borclandırılaraq idarə edilməsi dünyada dollar və milli valyutaların kütləsini o həddə çatdırıb ki, partlayış-hiperinflyasiya qaçılmazdır.

Bu baş verəcəyi təqdirdə isə ABŞ illik 1 trilyon dollar büdcə kəsirini kağız çap edərək bağlaya bilməyəcək və mövcud 30 trilyon dollar borcunu ödəmə potensialından məhrum olacaq. Bu isə ABŞ-ın, daha doğrusu FED və sahiblərinin çöküşü və dünya hakimiyyətinin sonu deməkdir. Təbii ki, bu sistemi quranlar onillər öncədən çöküşün nə zaman başlayacağını bilirdilər. 2008-ci ildə böhran ilkin siqnallarını verdi və ekpertlərin qlobal dəyişikliyin miladının 2020-ci il olduğunu önə sürməsi baş verən proseslər fonunda özünü doğrultdu. Bu zaman "təsadüfən" pandemiya ortaya çıxdı, nəticədə dövlətlərin xarici borcu iki il ərzində tarixdə görülməmiş həddə - 30 trilyon dollara qədər artdı.

Yeni sistemə qarşı dirəniş

Yəni, 2020-ci ildə dövlətlər ikinci dünya müharibəsindən fərqli olaraq bu dəfə pandemiya ilə yeni sistemə məcbur edilirdilər ki, qənaətimizcə bu sistemin adı blokçeyn texnologiyasına bağlı kriptovalyuta sistemi idi. Dünyada 1 qəpiyin belə nəzarətdən kənar olmayacağı bir sistem. Təbii ki, səbəbsiz faiz ödəməkdən boğaza yığılan dövlətlər buna qarşı dirəniş göstərdilər. Nəticədə bu plan həyata keçmədi. Ondan sonra detallara girmədən deyə bilərik ki, dünyada maraqlı olayların sayı çoxaldı, dünya gündəmini yanğınlar, qlobal istiləşmə və qlobal qida problemi zəbt etməyə başladı. Bununla paralel olaraq isə Rusiya-Ukrayna müharibəsi başladı və dünya nüvə təhdidləri ilə üz-üzə qaldı. Artıq batmaqda olan-ABŞ-FED-in qlobal çapda istənilən formada böhran yaradaraq vəziyyəti öz lehinə çevirmək cəhdləri boğulanın saman çöpündən yapışması kimi bir şeydir. Yəni, dollar artıq etibarlı yatırım vasitəsi deyil və bu sistemin sonu yaxındır.
Bu səbəblərdən də artıq dünyada hiperinflyasiya qaçılmazdır və dünyanın şəkillənməsi həm də yeni dünya pulu, yaxud pullarının dövriyyəyə buraxılması ilə olacaq. “Rusiya-Ukrayna müharibəsi”nin nəticəsi bu prosesin açar hissəsidir.
Təbii ki, Rusiya və Rusiya rublu təkbaşına dirəniş göstərmək və yeni sistem qurmaq iqtidarında deyil. Bu yalnız çoxqütblü dünyanı formalaşdıracaq yeni güc mərkəzləri və ittifaqların birgə mübarizəsi, ölkələrin bərabərhüquqlu dövlətlər olaraq qurulacaq ittifaqda yer alması və vahid valyuta sisteminin dövriyyəyə buraxılması nəticəsində mümkündür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Avrasiya artıq dünyanın göz bəbəyidir” ifadəsi yaxın perspektiv üçün yeni geosiyasi mənzərəni ortaya qoyur. Qənaətimizcə bu güc mərkəzlərindən biri də bölgəmizdə kifayət qədər enerji potensialına sahib olan dövlətlərin birliyi olacaq.
Bu gün Rusiya və Çinlə yanaşı 14 ölkənin birgə təlim keçməsi təsadüf deyil və verilən mesajlardan biridir.

Yeni dünyanı nə dizayn edəcək?

Əslində Rusiya və ona dəstək verən dövlətlərlə -FED arasındakı müharibənin nəticəsi yeni dünyanı dizayn edəcək. Hələ görünən ondan ibarətdir ki, ABŞ Ukraynada da rüsvayçı şəkildə uduzmaqla yanaşı, eyni zamanda Avropanı da təlatümə sürükləyib. Avropada soyuqlar başlayan kimi Rusiyanın ona qarşı sanksiyaları bəhanə edərək qazı tamamilə dayandırması prosesi sürətləndirdi. Artıq avro sürətlə dəyər itirərək dollardan daha ucuz təklif edilir. Avropa ölkələri qənaət rejiminə keçsə də soyuq və acınacaqlı qış qaçılmazdır. Bu isə nə qədər tədbirlər alınsa belə yanlış siyasətə görə, Avropa ölkələrində hökumətlərə qarşı həm də ciddi etiraz dalğasının başlanacağını deməyə əsas verir.
Digər etiraz dalğası ilə üzləşəcək ölkələrin başında ABŞ gəlir. Sürətlə gedən inflyasiya əhalinin sosial problemlərlə üz-üzə qoyur ki. Bu da Amerika kimi millətsiz, vətənsiz, vəhşi dünyagörüşünün hakim olduğu və heç bir mənəvi dəyər sistemi olmayan ölkədə kütləvi iğtişaşlara rəvac verəcək amillərin başında dayanır. Təbii ki, bir çox ekspertlərin “Unitet States of Corporations” adlandırdığı ABŞ-ın əslində həqiqətən də bu mahiyyət daşdığını yaxın zamanlarda müşahidə edəcəyik.

“Amerika Bölünmüş Dövlətləri”

Artıq təsadüfi deyil ki, Kaliforniya və Texas ştatları müstəqil qərarlar qəbul edir ki, bu da həyata keçən proqnozları ilə dünyada məşhur olan “The Erconimist” dərgisi tərəfindən ABŞ-ın bölünməsinin ilkin mərhələsinin başlanması kimi şərh edilir.

Britaniya jurnalı ABŞ-ın iki ştatında, Kaliforniya və Texasda iki qanunun qəbul edildiyini qeyd edir. Jurnal bildirir ki, ştatların qanunverici orqanları tərəfindən qəbul edilən bu qanunlar federal hökumət nəzərə alınmadan icra olunacaq. Dərgi bu vəziyyətin ölkədə mövcud gərginliyi daha da artıracağını önə çəkib.
Jurnalın üz qabığında “Amerika Bölünmüş Dövlətləri” başlığı verilib və ikiyə bölünən sütunun üzərində ayaqları açılmış vəziyyətdə dayanmağa çalışan azadlıq heykəli qoyulub. Məqalədə qeyd olunur: “Avqustun 25-i Kaliforniyada avtomobil sənayesi yenidən formalaşdırılacaq. Karbon və benzindən istifadə azaldılacaq ki, bu da dövlətin elektrik şəbəkəsini gərginləşdirəcək bir addımdır. Həmçinin 2035-ci ildə benzinlə işləyən avtomobillərin satışı qadağan ediləcək.

Eyni gün Texasda da qadınların abort hüququ qadağan edildi. Abort etdirənləri 99 ilə qədər həbs gözləyir.
Bu iki hadisə bir-biri ilə əlaqəsiz görünə bilər, lakin mühüm bir tendensiyanın əlamətləridir. Vaşinqton böyük ölçüdə boğulur, əyalətlər isə qəzəbli bir şəkildə dövləti daha çətin duruma salacaq sürətli siyasət yürüdürlər...
Bu iki hadisə həm də ABŞ-ın parçalanmağa nə qədər yaxın olduğunu göstərir”.
Bölgəmizdə müharibə başlayarkən qərb propaqandasının gerçəkləri özündə əks etdirmədiyini vurğulamışdıq. SWIFT və digər faktorlar üzərindən sanksiyaların heç bir işə yaramayacağı və bumeranq effekti verəcəyi bəlli idi. Çünki çökən qlobal finans sistemi prioritetləri dəyişirdi. Daha çox qida və enerji ön plana çıxır və həm də bu resurslara sahib olan ölkələrin imperializmə qarşı birlikdə mübarizəsi son nəticəni müəyyənləşdirəcək...