General-mayor Bəkir Orucov“Tərtər işi”nə görə SAXLANILDI - SON DƏQİQƏ!

General-mayor Bəkir Orucov saxlanılıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Bəkir Orucov saxlanılıb.

Onun hansı cinayət əməli törətməsi tam məlum deyil. Lakin mənbəmiz saxlanılma əməliyyatının "Tərtər işi" ilə bağlı aparılan araşdırmalar çərçivəsində baş verdiyini bildirir.

Hələ ki, hadisə ilə bağlı rəsmi məlumat da yayılmayıb.

Qeyd edək ki, general bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi vəzifəsində çalışıb.