Faiz Sucuoğlu: "Bu sənəd KKTC üçün həyati əhəmiyyət kəsb edir"

Bu dövrdə KKTC üçün həyati əhəmiyyət kəsb edən "İqtisadi Protokol"la bağlı araşdırmalar son mərhələdədir. 

İlkxeber.org xəbər verir ki, bunu Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) baş naziri Faiz Sucuoğlu deyib.

Baş nazir Faiz Sucuoğlu açıqlamasında ölkə üçün həyati əhəmiyyət kəsb edən iqtisadi protokolun davam etdirilməsi və yekunlaşdırılması üçün Türkiyə rəsmiləri və texniki heyətlər səviyyəsində işlərin sona çatmaq üzrə olduğunu açıqlayıb. 

Baş nazir bu kontekstdə maliyyə naziri Sunat Atunun işgüzar səfəri üçün Ankarada danışıqlar aparacağını, daha sonra isə Türkiyənin vitse-prezidenti Fuat Oktay ilə protokolu yekunlaşdırmaq və imzalamaq üçün görüşəcəyini bildirib. 

Bu dövrdə iqtisadi protokolun KKTC üçün çox əhəmiyyətli olduğunu ifadə edən Faiz Sucuoğlu, “Türkiyə Cümhuriyyətinin rəsmiləri ilə yaxın təmasdayıq, məqsədimiz qısa müddətdə protokolun imzalanması və qüvvəyə minməsidir. Bu məsələdə Kıbrıs türk xalqından dəstəyini heç vaxt əsirgəməyən Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana və Kıbrıs məsələləri üzrə vitse-prezident Fuat Oktaya ölkəmiz və xalqımız adından təşəkkür edirəm", deyib.