Çavuşoğludan ŞAD XƏBƏR: “Sergey Lavrovla danışdım, yaxın günlərdə...”

“Ukraynada olan Türkiyə vətəndaşlarının, ahıska türkləri, Krım tatarları və digərlərinin təxliyəsi davam edir”.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Azərbaycanlı qardaşlarımızın təxliyəsi ilə bağlı da əvvəldən məlumat vermişdik. Dünən gecə rusiyalı həmkarım Sergey Lavrovla danışdım. Yaxın günlərdə yaxşı xəbərlər gözləyirik”, - deyə, nazir bildirib.