Rusiya-Ukrayna danışıqlarının ikinci mərhələsinin vaxtı açıqlandı – Yeri gizli saxlanılır

Rusiya nümayəndə heyəti çərşənbə günü günortadan sonra danışıqların yeni raundunun keçiriləcəyi yerə gələcək və Ukrayna nümayəndələri ilə görüşə hazır olacaq. 

Ilkxeber.org xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Danışıqların ikinci mərhələsinin keçiriləcəyi yer barədə suala Kreml təmsilçisi cavab vermək istəməyib. 

Ümumiyyətlə, o, danışıqlar mövzusu ilə bağlı mediada “müəyyən ziddiyyətli məlumat elementinin” olduğunu qeyd edib. TASS-ın məlumatına görə, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların yeni raundu Belarus ərazisində - Belovejskaya Puşçada keçiriləcək.