“Rusiya ordusu ölkənin içərilərinə doğru 5 kilometr irəliləyib”

Rusiya qoşunları bəzi istiqamətlərdən Ukrayna ərazilərinin içərilərinə doğru təxminən 5 kilometr irəliləyib, lakin Putinin birinci zərbəsi uğursuz olub. Bu haqda Ukrayna prezidentinin Ofisinin müşaviri Aleksey Arestoviç keçirdiyi brifinqdə bildirib.

“Əsas zərbələr saat 05:00 radələrində bizim hərbi infrastruktura, aerodromlara, sursat anbarlarına və hərbi komanda mərkəzlərinə endirilib. İlkin dəyərləndirmələrimizə görə bu zərbələr uğursuz olub, itkilər var, amma onlar əhəmiyyətli deyil və Ukrayna ordusunun döyüş qabiliyyətinə ciddi təsir göstərməyib”, - Arestoviç deyib. Onun sözlərinə görə, Xarkov və Çerniqov vilayətlərində, Suma yaxınlığında, Volınsk istiqamətində Rusiya qoşunları 5 kilometr irəliləyib, hələlik məlumatlar dəqiqləşdirilir. Amma düşmənə müqavimət göstərilir və onların irəliləməsi dayanıb.