Cənubi Kiprdən ağlasığmaz hərəkət: Keşişlərə hərbi təlim keçirilir – XİN-dən ETİRAZ (VİDEO)

Kipr rum administrasiyasının silahlanma və hərbi fəaliyyətlərini davam etdirməsi Kıbrıs türk xalqının suveren dövlətini və Ana Vətən Türkiyəninin qarantörlüyünü qırmızı xətt olaraq təyin etməkdə nə qədər haqlı olduğunu göstərir. 

İlkxeber.org xəbər verir ki, bu barədə Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyinin yaydığı açıqlamda bildirilir.

KKTC Xarici İşlər Nazirliyi rum milli mühafizə qvardiyası və rum ortodoks kilsəsi ilə əməkdaşlıq çərçivəsində keşişlərin silah təlimi ilə bağlı mətbuatda əksini tapan görüntüləri yazılı açıqlamada dəyərləndirib.

“Ən yaxşı atəş açan keşişlərə mükafat verilməsinə qədər varan bu təlimi ən kəskin şəkildə qınayırıq", deyilən açıqlamda adada anlaşma əldə edilməsini iddia edən beynəlxalq oyunçuların görüntülər qarşısında səssizliyini qorumasının qəribə olduğu qeyd edilib.

“Nazirliyimiz daha əvvəl bildirmişdi ki, Kipr rum administrasiyası son zamanlar silahlanma fəaliyyətlərini sürətləndirib və bəzi ölkələrlə təlimləri intensivləşdirib. Bu dəfə rum milli mühafizə qvardiyası və rum pravoslav kilsəsi ilə əməkdaşlıq çərçivəsində keşişlərə silah təlimi verildiyi mətbuatda əksini tapıb. Adada türk varlığına qarşı düşmənçilik hisslərini yaşatmaq üçün əlindən gələni edən rum pravoslav kilsəsinin belə bir təxribatçı fəaliyyətə əl atması təəccüblü deyil. Ən yaxşı atıcı keşişlərin mükafatlandırılmasını ehtiva edən bu hədəf tətbiqini ən kəskin şəkildə qınayırıq", - deyə açıqlamada bildirilir.

Açıqlamada qeyd edilib ki, mətbuatda rum pravoslav kilsəsinin keçmişdə rum milli mühafizə qvardiyasının oxşar təlimlərində iştirak etdiyi və maliyyə vəsaitlərini rum milli mühafizə qvardiyasının hesabına köçürdüyü xəbəri yayılıb:

"Bütün dünyanın şahidi olduğu bu düşmənçilik fəaliyyəti kipr rum rəhbərliyinin və rum pravoslav kilsəsinin əsas məqsədini ortaya qoydu. Bu görüntülər qarşısında adada razılaşmanı dəstəklədiklərini iddia edən beynəlxalq oyunçuların hələ də səssiz qalması təəccüblüdür.

Bütün xəbərdarlıqlarımıza baxmayaraq, Cənubi Kipr rum administrasiyasının silahlandırma və hərbi fəaliyyətlərini davam etdirməsi Kıbrıs Türk xalqının öz suveren dövlətini və Ana Vətən Türkiyənin qaratörlüyünü qırmızı xətt olaraq təyin etməkdə nə qədər haqlı olduğunu göstərir”.