Zəngəzur dəhlizi ilə bağlı MÜJDƏ - Hərbi ekspert əminliklə deyir, rəsmi xəbər gözlənilir

"Zəngəzur dəhlizi artıq Azərbaycan üçün açıqdır".

İlkxeber.org xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev “Facebook” hesabında yazıb.

“Zəngəzur dəhlizi artıq Azərbaycan üçün açıqdır! Gözümüz aydın! Eşq olsun Ali Baş Komandana! Eşq olsun Silahlı Qüvvələrimizə!”,- o qeyd edib.

Ekspert AzVision.az-a bildirib ki, yaxın saatlarda bu haqda məlumatlar yayılacaq.

Qeyd edək ki, bu barədə danışıqların getməsi bəlli idi, ancaq hansı qərarlar qəbul olunub və təfərrüatları nədən ibarətdir - hələ məlum deyil.

Onu da bildirək ki, sosial şəbəkələrdə bu barədə çoxlu rəylər, şərhlər yayılıb və yayılmaqdadır.