Bill Qeyts koronavirusun bitəcəyi tarixi açıqladı

“Yeni ştammlar ortaya çıxmayacağı təqdirdə, koronavirusa yoluxma 2022-ci ilin ortalarına qədər mövsümü qrip həddinə çata bilər”.

Bundan sonra pandemiyanın sonu haqqında danışa bilərik.

Cebhe.info xəbər verir ki, bunu “Microsoft”-un qurucusu Bill Qeyts Sinqapurda Yeni İqtisadi Forumda çıxış edərkən deyib.

O əmindir ki, insanlarda tezliklə immunitet yaranacaq və aktiv peyvənd, eləcə də yeni dərmanların ortaya çıxması ilə COVID-dən ölüm, yoluxma səviyyəsi tezliklə azalacaq:

“Bundan əlavə, 2022-ci ildə COVID-a qarşı vaksinlərin tədarükü ilə bağlı problem olmayacaq”.

Xatırladaq ki, Qeyts xeyriyyə fonduna rəhbərlik edir, bu fond vasitəsilə koronavirusa qarşı peyvənd hazırlamaq və pandemiyada ən həssas olan yoxsullara dəstək olmaq üçün yüz milyonlarla dollar ayrılıb.

Xəzər
Cebhe.info