Beynəlxalq münasibətlərdə ən vacib dəyər budur - Putin

Beynəlxalq münasibətlərdə ən vacib dəyər sabitlik və uzaqgörənlikdir.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin NBC telekanalına Rusiya-ABŞ münasibətləri haqda danışarkən deyib.

"Rusiya tərəfi olaraq son illərdə amerikalı tərəfdaşlarımız tərəfindən belə bir şey görmədiyimizi düşünürəm. Gəlin birlikdə oturaq, danışaq, bütün tərəflər üçün məqbul həll yolları və güzəştlər axtaraq. Sabitlik bu şəkildə əldə edilir, o "doğru", digərləri "yanlış"dır düşüncəsi ilə deyil", - Putin bildirib.