Şuşa Ərdoğanın səfərindən əvvəl... - Foto

Xəbər verdiyimiz kimi, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı Şuşaya səfər edib.

İlkxeber.org xəbər verir ki, səfir Tvitter hesabında səfərinin məqsədinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərindən əvvəl hazırlıqlarla yerində tanış olmaq olduğunu bildirib.

“Şuşanı görməyən İkinci Qarabağ müharibəsinin nə qədər çətin, 44 günlük zəfərin isə nə qədər böyük bir qəhrəmanlıq olduğunu anlaya bilməz”, - deyə səfir daha sonrakı paylaşımında bildirib.