Ter-Petrosyan: "Ermənilərin dövləti yoxdur"

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Erməni Milli Konqresinin qurultayından sonra Zəngəzurdakı vəziyyətə toxunub.

Virtualaz.org-un məlumatına görə, Ermənistanın sabiq prezidenti "Qraparak" nəşrinin jurnalistinin sualına cavabında bildirib ki, "bu gün hər kəs Sünikdən danışır. Bizdə belə halların baş verməməsi üçün ölkə olmalı idi".

Ter-Petrosyan qeyd edib ki, ermənilərin hələ dövləti yoxdur.

Onun nə vaxt olacağı sualına isə eks-prezident qısa cavab verib: "Düzgün seçim edin, onda olacaq".