İsrail-Fələstin qarşıdurması niyə indi baş verdi?

2020-ci il iyul ayından başlayaraq Türkiyənin  Orta Asiyada və Cənubi Qafqazda atdığı addımlar Rusiya və İranı həddən artıq narahat eləməkdədir. 44 günlük müharibə dövründə Türkiyə, Pakistan və İsrail Azərbaycana mənəvi və siyasi dəstək verdi. 44 günlük Vətən müharibəsi 200 illik "erməni projesinə" son qoydu. 44 günlük müharibə regionumuzda yeni bir siyasi vəziyyət yaratdı. İyun ayında keçiriləcək parlament seçkiləri də Rusiyanı narahat eləməkdədir. ABŞ prezidentinin "soyqırım"la bağlı çıxışı da sırf seçkiyə kampaniyasına hesablanmışdı.

Türkiyənin Cənubi, Şimalı Qafqaza və Orta Asiyaya yolu açıldı. Yaxın Şərqdə insan itkiləri ilə baş verən son hadisələr Türkiyə Prezidentinin Şuşa şəhərinə səfəri ərəfəsində baş verdi. Türkiyə Prezidentinin Şuşada verəcəyi açıqlamalar Şimal və Cənub qonşularımızı həddən artıq narahat eləməkdədir. Türkiyənin yaxın 30 ildə Əfqanıstandan tutmuş Yaxın Şərq, Orta Asiya və Cənubi Qafqazda siyasi nüfuzu artmaqda davam eləyəcək. Bu siyasi proseslər isə Rusiya və İranı rahat qoymur. Türkiyənin keçmiş  baş naziri Turqut Özalın dediyi kimi: "XXI əsr Türk əsri olacaq".

 

Alı Balayev,

BAO-nun Siyasi Analitik Mərkəzinin sədri