Xalq şairi Musa Yaqub İsmayıllıda dəfn olunub.



APA-nın yerli bürosunun məlumatına görə, o,İsmayıllı rayonunun Buynuz kəndində həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.

Mərasimdə şairin ailə üzvləri, yaxınları, Mədəniyyət Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, Xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Seyran Səxavət, şair Maarif Soltan, deputatlar Tahir Kərimli, Novruz Aslan, eləcə də mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.