Azərbaycanda bir gündə 1676 nəfər COVID-19-a yoluxdu, 2168 nəfər sağaldı -35 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 676 yeni yoluxma faktı qeydə alınıb, 2 168 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.