Sabirabadın Zəngənə kəndində çiyid səpininə başlanılıb

Sabirabad rayonunun Zəngənə kəndində fermer Əfras Əsgərova məxsus təsərrüfatda pambıq əkininə hazırlıq işləri tam yekunlaşaraq çiyid səpininə başlanılıb. Qeyd edək ki, Əfras Əsgərov 22 ildir pambıqçılıqla məşğul olur, Azərbaycanın ən böyük pambıqçılarındandır. Həmişə yüksək məhsurdarlıq əldə edib, Respublika Fermerlər Şurasının üzvüdür. Prezident İlham Əliyev ötən il dekabrın 31-də Ə.Əsgərovun pambıqçılıq sahəsindəki xidmətlərini qiymətləndirərək onu 1-ci dərəcəli Əmək Ordeni ilə təltif edib.

Sözün gedən pambıq sahəsində çiyid səpini prosesində iştirak edən İlkxeber.org əməkdaşının məlumatına görə, səpin aparılan təsərrüfatda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib. Pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilib, səpinin aparılması üçün texnikalar hazır vəziyyətə gətirilib.

Əməkdaşımızla söhbət zamanı  fermer Ə.Əsgərov bildirib ki, 133 ha sahədə yüksək məhsuldarlıq əldə etmək üçün “Çin üsulu” deyilən qoşa cərgəli pambıq əkini həyata keçiriləcək: “Ötən il qonşu rayonda “Çin üsulu” ilə əkilən qoşa cərgəli pambıq tarlasında olarkən oradakı əkin üsulu ilə tanış olduqdan sonra Azərbaycanda da ilk dəfə olaraq yeni texnologiya tətbiq edərək yüksək məhsuldarlıq əldə etmək qoşa cərgəli pambıq əkinini həyata keçirdik və yüksək məhsuldarlıq əldə etdik. Bu il məhsuldarlığı daha da artırmaq əzmindəyik”.

Əfraz Əsgərov daha sonra deyir: “”Çin üsulu” ilə pambıq səpini ilə tanış olandan sonra gördüm ki, bu üsul xeyli vəsait tələb edir. Ona görə də, yenilik etmək qərarına gəldim. Səpinə başlamazdan əvvəl Aqroliznqdən səpin aqreqatı aldım, üzərində bəzi texniki dəyişikliklər edib yeni əkin aqreqatı-selka quraşdırdım. Hansı ki, o aqreqat xaricdə 30-40 min manatdr. Amma mən bu aqreqatı 2000 manata alıb üstünə cəmi 500-600 manat xərc çəkdim. Əldə olunan nəticə də çox sevindiricidir, məhsuldarlıq da “Çin üsulu”ndan çoxdur. Ötən il pambıq yığımı müharibə dövrünə düşdüyündən, biz  öz  yeniliyimizi lazmi səviyyədə təşkil edə bilmədik. Ancaq inanıram ki, bir-iki ilə mənim tətbiq etdiyim yenilik respublika fermerləri tərəfindən “Əfras üsulu” kimi qəbul ediləcək”.

Əfras Əsgərovun sözlərinə görə, qoşa cərgə ilə aparılan çiyid səpini məhsuldarlığın artmasına gətirib çıxarır: “Bu il ötən ilki çatışmamazlıqları da radan qaldırmaqla,  lazımi aqrotexniki qaydaların yerinə yetirməklə bol məhsul əldə edəcəyik və 40-45 sentner pambıq tədarük etmək niyyətindəyik”.

Əfras Əmir oğlu Əsgərov Sabirabad rayonunun Zəngənə kəndindəndir. 22 ildir pambıqçılıqla məşğul olur, Azərbaycanın ən böyük pambıqçılarındandır. Həmişə yüksək məhsurdarlıq əldə edib, Respublika Fermerlər Şurasının üzvüdür. Prezident İlham Əliyev ötən il dekabrın 31-də Ə.Əsgərovun pambıqçılıq sahəsindəki xidmətlərini qiymətləndirərək onu 1-ci dərəcəli Əmək Ordeni ilə təltif edib.