Ermənistan bizdən üzr istəməlidir - Hikmət Hacıyev

Ermənistan II Dünya müharibəsindəki işğalçı dövlətlər kimi Azərbaycan xalqından üzr istəməli və məsuliyyəti öz üzərinə götürməlidir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında qeyd edib.

“Ermənistanın Azərbaycan xalqınının əmlakına qarşı ələ keçirilmiş torpaqlarda ağlasığmaz vandalizm törətdikdən sonra Azərbaycana qarşı hər hansı bir iddia irəli sürmək üçün mənəvi haqqı yoxdur”, - PA rəsmisi vurğulayıb.