İLHAM ƏLİYEV VƏ MEHRİBAN ƏLİYEVA ŞUŞADA OLUBLAR - VİDEO (Yenilənib)

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşa şəhərinə səfərdən görüntülər paylaşıb. Paylaşımda deyilir:

"Əziz bacılar və qardaşlar!

Bu gün - Torpaq çərşənbəsi günündə biz yenidən doğma Şuşa şəhərimizi ziyarət etdik. Səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Uca Tanrı sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN"

***

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.

"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Səfərdən geniş reportaj martın 17-də təqdim ediləcək.