Türkiyədən daha bir jest: Sərhəddə iki bayraq... - Foto

Türkiyənin İğdır vilayətinin Aralıq rayonunda Naxçıvanla sərhəddə Rayon Jandarma Komandanlığı tərəfindən Türkiyə və Azərbaycan bayraqlarının ucaldıldığı Bayraq Abidəsi inşa edilib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, abidə Naxçıvandan Türkiyəyə girişdə "ilk olaraq salamlanan iki bayraq" anlamını daşıyır.

Ermənistanın sərhəd kəndləri və hərbi birləşmələri tərəfindən də görünən bayraqların altına Azərbaycanın ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" sözləri yazılıb.