Müzəffər qələbəmizin 3 ayı: “Dəmir yumruq” sülhün ən etibarlı keşikçişi qismində...

Hərbi zəfərin ardınca Azərbaycan dövləti yerdə qalan problemlərin sürətli həllinə girişib; politoloq: “Bakı Qarabağa girib-çıxanlara fəal nəzarət etməlidir”; erməni iqtisadçı-ekspert: “Ölkəni daha dərin tənəzzül gözləyir...”

44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazandığımız əzici və tədricən tarixə çevrilən qələbəmizdən 3 ay ötür. Azad olunan ərazilərimizin minalardan sürətli təmizlənməsi və bərpası ilə yanaşı, Azərbaycan dövləti indi həm də özünün hərbi qələbəsini beynəlxalq arenada, siyasi-diplomatik müstəvidə möhkəmlətməklə məşğuldur. Çünki nəinki Ermənistan və erməni lobbisi, onların bəzi havadarları da möhtəşəm qələbəmizi və bu qələbə sayəsində regionda yaranan yeni vəziyyəti hələ də “həzm” və qəbul eləmək istəmirlər.

Təbii ki, müharibədən sonra Azərbaycanı narahat edən problemlərdən biri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan qanuni torpaqlarımızda məskunlaşma məsələsidir. Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, 10 noyabr kapitulyasiya sazişindən sonra 52 mindən çox mülki erməni Dağlıq Qarabağa qayıdıb, yaxud qaytarılıb. Ancaq bu, Moskvanın elan elədiyi rəqəmdir və bəzən o da reallıqla tam uzlaşmır.

Başqa yandan, gələnlərin nə dərəcədə dinc sakin olması haqda dəqiq bilgilər yoxdur. O səbəbə ki, Rusiya tərəfini bu məqam heç də həmişə maraqlandırmır. Odur ki, rəsmi Bakının bu prosesə sülhməramlılarla birgə ciddi nəzarət eləməsinin vacibliyini söyləyənlərin sayı günbəgün artmaqdadır. İctimai narazılıq və sifariş də bunu diktə edir. Həmçinin siyasi müşahidəçilər Qarabağa “Laçın dəhlizi” vasitəsilə köç məsələsini bütünlüklə Rusiya hərbçilərinin öhdəsinə buraxmağı doğru hesab eləmirlər.

*****

Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

Məsələn, sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarova görə, Azərbaycanın rus sülhməramlılarının məsuliyyət zonasındakı ərazilərinə qaytarılan ermənilərə nəzarəti rəsmi Bakı özü etməlidir. “Xüsusilə də ”Laçın dəhlizi"ndə bizim həm nümayəndəmiz, həm də hərbi kontingentimiz olmalıdır. Daha konstruktiv yanaşsaq, bu dəhlizdə Azərbaycan və rus sülhməramlıları birlikdə nəzarəti həyata keçirə bilər. Söhbət heç də “Laçın dəhlizi”ndən Qarabağa keçən ermənilərdən getmir. Əsas məsələ bu yolla Qarabağa daxil olan şəxslərin əslində bundan öncə həqiqətən də Qarabağda yaşayıb-yaşamamağı məsələsidır", - deyə o qeyd edib.

“Laçın dəhlizi” ile ilgili görsel sonucu

Politoloq eyni zamanda “Laçın dəhlizi” vasitəsilə Ermənistandan Qarabağa silahlı ermənilərin keçməsi haqda xəbərlərə diqqət yönəldib: “Hesab edirəm ki, bütün bunların qarşısı alınmalıdır. Çünki Qarabağa hansı ermənilərin, hansı prinsiplərlə qaytarıldığı barədə heç bir məlumat yoxdur. O ki qaldı rəqəmlərə, deyə bilərəm ki, rəqəmlər heç bir həqiqəti əks etdirmir. Çünki Rusiya Müdafiə Nazirliyi bölgəyə qaytarılan ermənilərin 51.947 nəfərə çatdığını elan edib. Halbuki bu rəqəm müharibə öncəsi dönəmdə bütün Qarabağda yaşayan ermənilərin sayından çoxdur”.

Keçmiş diplomatın fikrincə, rəqəmlər bilərəkdən artırılır, çünki məqsəd regionda sülhməramlı fəaliyyətin təmin edildiyini daha qabarıq şəkildə göstərməkdir. “Yəni bir növ biz bu qədər erməni və azərbaycanlının yaşadığı regionda sülhü qoruyuruq görüntüsü yaratmağa çalışırlar. Bu səbəbdən hazırda Qarabağa ”Laçın dəhlizi" vasitəsilə daxil olan ermənilərə, bütövlükdə giriş-çıxışın təmin olunmasına nəzarət çox aktuallaşmalıdır və bu məsələdə Azərbaycan daha aktiv rol almalıdır" - Zülfüqarov əlavə edib.

*****

böhran içində çabalayan Ermənistanda sosial-iqtisadi vəziyyət ile ilgili görsel sonucu

Bu arada böhran içində çabalayan Ermənistanda sosial-iqtisadi vəziyyət ağırlaşmaqda davam edir. Artıq qonşu ölkənin dövlət borcu sürətlə 8 milyard dollara yaxınlaşır. Müstəqil iqtisadçı-ekspertlər isə 2021-ci ildə bu rəqəmin daha böyük olacağını proqnozlaşdırır və iqtisadiyyatla bağlı daha bədbin təxminlər irəli sürürlər.

O sırada erməni iqtisadçı ekspert Vardan Bostancyan hesab edir ki, 2021-ci ildə Ermənistan iqtisadiyyatında tənəzzül 10%-dən çox olacaq, dövlət borcunun həcmi isə 9 milyard dolları ötəcək. Musavat.com-un məlumatına görə, bu barədə o, News.am saytına verdiyi müsahibədə deyib.

Onun əminliyinə görə, ölkə iqtisadiyyatında geriləmə yaşanır və belə müsbət tendensiyalardan danışmaq mümkün deyil. “Mən Ermənistanın maliyyə nazirinin 3.2% səviyyəsində iqtisadi artımla bağlı proqnozlarını bölüşmürəm. Bu cür cəsarətli proqnozlar yalnız əvvəlki günlə müqayisədə və yaxud məsələn, cəmiyyəti çaşdırmaq məqsədilə verilə bilər. Ölkədəki hazırkı iqtisadi durum inkişafın olacağına dəlalət edən ən kiçik əlamətləri belə özündə daşımır”, - deyə Bostancyan bədbin notda vurğulayıb.

Erməni iqtisadçı, əksinə, tənəzzülün olacağına inandığını söyləyib və bunun da iki səbəbdən - iqtisadi fəaliyyətin məhdudlaşdırılmasına gətirən pandemiyadan və dağıdıcı müharibənin mənfi nəticələrindən qaynaqlandığını bildirib: “Onsuz da bizim mal dövriyyəmiz kiçik idi. Dövlət idarəetmə sisteminin son dərəcə aşağı səmərəliliyi vəziyyəti daha da qəlizləşdiirməkdədir. Bütün bunlar isə Ermənistanda iqtisadi tənəzzülün ikirəqəmli göstəricilərinin (10%-dən çox) qeydə alınmasına gətirib çıxaracaq”. 

Dövlət borcu məsələsinə gəlincə, Bostancyanın fikrincə, onun həcmi 9 milyard dolları keçəcək.

*****

Onu da qeyd edək ki, Ermənistanın valyuta ehtiyatları cəmi 2,5 milyard dollar səviyyəsində qiymətləndirilir. Yəni ölkənin dövlət borcunun həcmi valyuta ehtiyatlarından 3 dəfədən çoxdur. Müqayisə üçün: Azərbaycanda dövlət borcu (xarici və daxili borcla birgə) 17 milyard dollar həcmindədir. Ancaq ölkəmizdəki strateji valyuta ehtiyatları 51 milyard dollara çatır. Yəni Azərbaycanda vəziyyət tam əksinədir - strateji qızıl və valyuta fondları dövlət borcundan üç dəfə çoxdur.

Elə təkcə bu rəqəmlərin müqayisəsi kifayətdir ki, bölgədə qarşılıqlı əməkdaşlığa, inteqrasiya proseslərinə ən çox hansı ölkənin ehtiyacı olması haqda qənaət hasil olsun. Di gəl ki, məğlub ölkədə radikal-revanşistlərin, faşist-daşnakların səsi barışığa çağıranlardan daha gur gəlir.

Ermənistanın hazırkı iflas və böhranlı durumdan tək çıxış yolu isə onun ora-bura boylanmadan, təcili şəkildə öz qonşuları ilə, xüsusən də Azərbaycan və Türkiyə ilə əlaqələri qaydaya salmaqdan, Türkə qarşı kin-nifrətə, ədavətə son verməkdən keçir. Əks halda, bu süni yaradılan və simvolik dövlət nəinki getdikcə böyüyən fantastik xarici borcun altında qalacaq, ümumiyyətlə, olan-qalan varlığını da itirmiş olacaq.

*****

“Erməni milləti özünə gəlməli və sağalmalıdır”.

Sergey Danielyan ile ilgili görsel sonucu

Bu sözləri erməni prodüser Sergey Danielyan özünün facebook səhifəsində yazıb. Danileyan Bakıda anadan olub. “Azərbaycanfilm” kinostudiyasında, Səməd Vurğun adına Rus Dram Teatrında çalışıb. Hazırda Moskvada yaşayır.

Onun son statuslarındakı fikirlərdən bir fraqment: “Mən sonuncu dəfə 1971-ci ildə uşaq ikən İrəvanda olmuşam. Bayram günü idi. İrəvanın Lenin prospektində böyük izdiham, insan dənizi vardı. Orada nə qədər erməni olardı? Cavab: 99.9%. Bu da sizə başqa bir mənzərə: yenə 1971-ci il. Bakı bulvarı boyu bayram izdihamı. Və bu izdihamda kimlər var? Azərbaycanlılar? Bəli, amma həm də ermənilər, gürcülər, talışlar, osetinlər, yəhudilər, ruslar, tatlar, dağ yəhudiləri, avarlar... sadalamaqdan yoruldum. Fərq bax, budur. Azərbaycanlılar sovet dövründən bəri başqa millətlərə qarşı beynəlmiləl münasibət bəsləyir və əminəm ki, həmişə belə olacaq. Azərbaycan belədir”.

Bəli, özünə monoetnik dövlət quran millətlər heç vaxt xoşbəxt ola, rifaha qovuşa bilməzlər. Ermənistan da bunu bacarmayacaq. Çünki insan cəmiyyətsiz xoşbəxtliyə çata bilmədiyi kimi, xalq da başqaları ilə qaynayıb-qarışmadan tərəqqiyə qovuşa bilməz. Əfsuslar olsun ki, erməni xalqına öndərlik eləmək istəyənlərə, xaricdəki erməni lobbisinə bu bəsit gerçək hələ də çatmayıb. O səbəbdən qonşu xalqın iztirabları, fəlakətləri bitmək bilmir.

İndilikdə isə kapitulyasiya edən Ermənistanda davam edən revanşist çağırışlar, ağılsız bəyanatlar fonunda Azərbaycanın “Dəmir yumruğ”u sülhün ən etibarlı keşikçisi və əsas qarantı olaraq qalır. “Çomağı” yerə qoymaq olmaz. Hətta Ermənistanla sülh müqaviləsi imzalanandan sonra da. Çünki qonşularımızı yaxşı tanıyırıq. Qonşuları seçmirlər...