Paşinyan Şuşanın Azərbaycan şəhəri olduğunu etiraf edib

“Münaqişəyədək Şuşa əhalisinin 90 faizi azərbaycanlılardan ibarət olub”.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin hökumət saatında bildirib.

O, daha sonra Şuşanın erməni şəhəri olmadığına işarə edib: “Yəni demək istəyirsiniz ki, 90 % və daha çox azərbaycanlı əhaliyə malik Şuşa erməni şəhəridir?”.

Qeyd edək ki, N.Paşinyanın bu çıxışı Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Şuşa ilə bağlı açıqlamasından 2 saat sonraya təsadüf edib. Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunması ilə barışa bilməyən A.Ayvazyan qeyd edib: “Şuşa ermənilərin mədəni paytaxtıdır. Biz Şuşanın Türk Dünyasının mədəni mərkəzi olması iddiası ilə razı deyilik”.

Bu isə N.Paşinyanla Ermənistanın yeni xarici işlər naziri arasında ciddi fikir ayrılığının olduğunu təsdiqləyir.