Rusiya Bayden administrasiyasından Strateji Hücum Silahları haqqında Müqavilənin uzadılması ilə bağlı konkret təkliflər gözləyir.
Bu barədə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden administrasiyası dövründə də Rusiya və Çinə qarşı siyasət xətti davam edəcək: “Baydenin komandasındakı təyinatlar ABŞ-ın dominantlıq xəttinin davam edəcəyini mühakimə etməyə imkan verir”.
S. Lavrovun sözlərinə görə, ABŞ-ın yeni administrasiyanın Rusiya ilə münasibətdə davranışı mümkündür ki, daha nəzakətli olacaq: “Rusiya Bayden administrasiyasından radikal dəyişikliklər gözləmir. Lakin ABŞ liderliyinin hərəkətlilik metodları başqa cür olacaq”. (apa)
© 2020 - Created by İLK XEBER.