Türkiyədə Elazığ vilayətində 4,1 maqnitudalı zəlzələ olub.
APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, episentri Elazığ şəhərinin mərkəzi olan zəlzələ yerli vaxtla saat 12:24-də yerin 17,14 kilometrliyində qeydə alınıb.
Təkanlar ətraf ərazilərdə hiss edilib.
Qeyd edək ki, keçən il yanvarın 24-də Elazığın Sivrice rayonunda 6,8 maqnitudada zəlzələ olub, 41 nəfər ölüb, 1466 nəfər yaralanıb.