Hollivundun məşhur aktyoru maskaya görə aptekdən qovulub

ABŞ-ın Los-Anceles şəhərində Hollivudun məşhur aktyoru Brüs Uillisi qoruyucu maska taxmadığı üçün aptekdən qovublar.

“Report” xəbər verir ki, məlumatı “Page Six” portalı yayıb.

65 yaşlı aktyor üzünü boğazına doladığı şərflə örtə bilərmiş, ancaq o, bunu etməyib. B.Uillis heç nə almadan apteki tərk edib. Onun bu hərəkəti sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.