Azərbaycanda bir sıra obyektlərin fəaliyyəti dayandırıldı - RƏSMİ

Azərbaycanda bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılıb. Bunu "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib. O qeyd edib ki, xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədi ilə respublika ərazisində, o cümlədən Bakıda avtoyuma məntəqələri, avtomobil təmiri sexləri, avtomobil ehtiyat hissələrinin satışı mağazaları, tikinti materiallarının satışı mağazaları, kimyəvi və quru təmizləmə məntəqələri, mal-qara yemi satılan mağazalar, zoomağazaların fəaliyyətində isə heç bir məhdudiyyət qoyulmayıb.