Keçmişi öyrədən, gələcəyi quran insanlar – Müəllimlər gününə

"Bu əlamətdar gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə baglı tövsiyə xarakterli sənəddə qəbul olunub.


Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir.

Müəllimlik dünyada ən çətin,eyni zamanda ən şərəfli peşədir.

Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır,savadlı,bilikli,geniş dünyagörüşlü,nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti inkişaf etdirir. Dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməsində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş,müəllim haqqında xoş sözlər söyləmişdir. O deyirdi: “Hər birimizdə müəllimlərin hərarətli qəlbinin bir zərrəciyi vardır.

Məhz müəllim dogma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə,səbrlə bizə öyrətmiş və öyrədir”.
Keçmişi öyrədən, gələcəyi quran əziz müəllimlər, Bayramınız Mübarək.

Sizə şərəfli və məsuliyyətli işinizdə ugurlar,səbr,iradə,can saglıgı arzulayıram.

Zöhrə Səmədova,
Qamət Abbasov adına 284 saylı tam orta məktəbin tarix müəllimi