Əlilliyi olan uşaqlara psixoloji dəstəyin göstərilməsi ilə bağlı tədbir keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” İB-nin “Fiziki məhduddiyyətli şəxslərin idman motivasiyasının artırılması” layihəsi həyata keçirilir.

İlkxeber.org xəbər verir ki, layihə 3 ay olmaqla 5 tədbir bir video-təqdimatdan ibarətdir. Layihənin ilk tədbiri, Pisixoloji dəstəyin göstərilməsi mövusunda, 17 avqust 2024-cü ildə Bakı şəhəri, Azərbaycan Autizm Assosiasiyası mərkəzinin akt zalında keçirildi.

Tədbirin təlimçisi yaşam koçu, şəxsi inkşaf, psixoloq Vəfa Vahabova və layihə rəhbəri motivator Aynur Məmmədova oldu.  Tədbirdə 32 nəfər  həssas qrupdan olan şəxslərr iştrak edib, öz problemlərini psixoloqlarmıza sual verib, məsləhət alıblar.

Layihədə məqsəd özünə qapanmış psixoloıi vəziyətə düşən, intihar həddinə çatan yeniyetmələri və gəncləri maarifləndirmək onları belə psixoloji sarsıntılardan çəkindirməkdir. Bildiyimiz kimi, hələ də cəmiyyət tərəfində əlilliyi olan şəxslər qəbul edilmir. Ən çox da intihara meyl, yeniyetməlik, gənclik dövründə olan uşaqlardır. Çünkü bu yaşda uşaqlar artıq keçid dövründə olduqları üçün, öz yaşıdları arasında,  və yaxud  yaşadıqları ərazidə uşaqlarla oynadıqda, məktəbdə əlilliklərini görən və qarşı tərəfin ona baxışları, qulaqları eşidə-eşidə bunun əli yoxdur, kordur, kardır, dəli gəldi qaşın, bu kimi sözlər uşaqlarda çox ciddi psixoloji sarsıntı yaşamalarına səbəb olur, hətta intara gətrib çıxarır.

Bu səbəbdən də bu layihəni Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirərək, həssas qrupdan olan insanların psixoloji vəziyyətdən çıxmasına dəstək olaq, və cəmiyyətə bir mesaj olaraq bildirək ki, sizin və yaxud uşaqlarınızın fiziki məhdudiyyətli uşaqlarla, davranışı hansı hallara gətrib çıara bilər.

“Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” İB-nin sədri və layihə rəhbəri Aynur Məmmədova bütün cəmiyyətə səslənərək bildirmək istiyir ki, əziz valdeyinlər evdə öz övladlarınızı başa salın onları öyrədin əgər küşədə, və yaxud nəqliyyatda, hər bir yerdə Fiziki məhdudiyyətli insan gördükdə onu özünüzdən fərqli görmüyün, onlara yazıq kimi baxmıyın, onlarla oynamaqdan çəkinmiyin. Biz bərabərik fərqliyik.

Tədbirin sonunda cofe-break fasiləsi təşkil olundu.