"Bu, qeyri-insani hərəkətdir": Azad edilmiş əraziləri çirkləndirənlərə çağırış - Video

Sosial mediada azad edilmiş ərazilərə səfər edənlərin bilərəkdən antisanitariya şəraiti yaratdıqları, ərazini zibilliklədiklərinə dair kadrlar yayılıb. Bu naqis hərəkətlərə yol verənlərə qarşı sərt ictimai qınaq çox vacibdir. 

İşğaldan azad edilmiş ərazilərə səfər edən vətəndaşlara da  müqəddəs torpaqları çirkləndirməmək tövsiyə olunub.

Ilkxeber.org ” “ATV Xəbər”ə istinadən xəbər verir ki, buna səbəb həmin şəxslərin istirahət etdikləri ərazilərdə yemək qalıqları, plastik qablar və s. saxlamasıdır.

Bildirilir ki, şəhidlərin qanı bahasına işğaldan azad olunmuş əraziləri çirkləndirmək qeyri-insani hərəkətdir.

Həmin süjeti təqdim edirik: