Azad Məsiyev Tovuzun Dondar kəndində seçicilərlə görüşüb

106 saylı Tovuz seçki dairəsindən namizədliyi irəli sürülmüş Strateji Planlaşdırma və Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri, politoloq Azad Məsiyev bu gün Dondar kəndində seçicilərlə görüşüb.

Deputatlığa namizəd seçicilər qarşısında çıxışı zamanı Azərbaycan dövlətinin siyasətini  və prezidet İlham Əliyevin siyasi kursunu müdafiə etdiyini bəyan edib. O. Milli Məclisə üzv seçiləcəyi təqdirdə dövlət və milli maraqlarımıza uyğun siyasi mövqe nümayiş etdirəcəyinə, eyni zamanda seçicilərlə təmasını həmişə davam etdirəcəyinə söz verib.