Politoloq Azad Məsiyevin seçicilərlə görüşü davam edir

106 saylı Tovuz seçki dairəsindən namizədliyi irəli sürülmüş Strateji Planlaşdırma və Araçdırmalar İnstitutu İctimai Birliyinin sədri, politoloq Azad Məsiyevin sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçki kampaniyası çərçivəsində görüşləri davam edir. Deputatlığa namizəd dünən keçirdiyi görüşdə seçicilər qarşısında çıxış edərək seçki kampaniyası ilə bağlı fikirlərini bölüşüb və hamını sentyabrın 1-də təşkil ediləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştiraka dəvət edib. O, bugünə qədərki fəaliyyəti barədə məlumat verərək gördüyü işlər barədə ətraflı danışıb.