AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİNDƏ "FƏRQLƏNDİRMƏ TƏQDİMATI" KEÇİRİLİB

Təhsil - bildiyimiz kimi hər insanın həyatında iz qoyan vacib bir prosesdir. O üzdən, müasir dünyanın yetirməsi-tələbəsi olmaq, həm gənclər, həm də pedaqoji heyət üçün məsuliyyətli bir missiyadır. Müasir təhsil sistemi - innovativ metodların tətbiqini və fənnin tədrisinə müasir yanaşmanı da tələb edir.
Son iki il ərzində "Mühit dizaynı" kafedrası olaraq, deyilənləri tədris prosesinə tətbiq etmək və yüksək  səviyyədə qənaətbəxş nəticələrə nail olmaq - bizim üçün  qürurverici bir hal...
Müasir tələbənin dərsə münasibəti, tapşırığın həllinə rasional, düzgün, qeyri-adi yanaşma tərzi, zamanın tələbləri ilə ayaqlaşma imkanları da geniş və maraqlıdır. Tədrisin keyfiyyətinin artırılması da zamanın aktual mövzularındandır. Kreativ, fərdi yanaşma tərzi, səmimi ünsiyyət, adekvat müzakirə  və təhlil mədəniyyəti, müasir ifa texnikaları...bütün bunlar, müasir tələbə ilə ünsiyyətə və fənnə hazırlığa yardım edəcək vasitələr sayılır...
Hər ilin yekununda - semestr boyu eksperimental layihələndirmədə (sayca 4- cü olan) aktiv iştirak edən, uğurlu nəticələr əldə edən tələbələri növbəti kursa uğurlamaq, artıq ənənə halını almışdır. Yeni açılmış "Dizayn" fakültəsinin idarə heyəti, "Mühit dizaynı" kafedrası və "Azərbaycan-İtaliya dizayn mərkəzinin" müştərək iştirakı ilə növbəti tədbiri həyata keçirmək qərarı da bu ilin yeniliyi...
İstedadlı gəncləri gələcəyə həvəsləndirmək, onlara dəstək və inam bəxş etmək, memarlıq - dizaynın sirrlərini aşılamaq, məncə, pedaqoqlar üçün ən şərəfli missiya!!!
Sonda, bu tədbirin təşkilində - əməyi keçən hər kəsə dərin təşəkkürlərimi yetirirəm və gənclərimizi bir daha öz adımdan və həmkarım T.R.Əbdülrəhimova adından səmimi qəlbdən təbrik edir, onlara daha böyük zirvələr fəth etməyi diləyirəm!!!
Tədbirdə (4 iyul 2024) iştirak edən: AzMİU, "Keyfiyyət təminatı və monitorinq mərkəzinin" müdiri - Könül xanım Ağayevaya, "Dizayn" fakültəsinin dekanı - Fərid bəy Kərimova, "Mühit dizaynı" kafedrasının müdiri - Yeganə xanım Hacıyevaya,  "Dizayn" fakültəsinin  dekan müavini - Kəmalə xanım Yusifovaya, "Azərbaycan-İtaliya dizayn mərkəzi"nin direktoru - Nəzrin xanım Sərifovaya və iştirak edən  bütün müəllim və tələbə heyətinə dərin təşəkkürlərimi yetirirəm!!!
Mükafatlandırmada iştirak edən "Dizayn" fakültəsi qrupları aşağıdakılardır: 162 a1, a2, a3, a4, 161 a1, a2

Nərgiz Ağayeva,
AzMİU, "Mühit dizaynı" kafedrasının dosenti, AMİ-nin üzvü, BMA-nın professoru, "Ustad memar"