“Şiləvəngədən başlayan köç. Dadaşlı tayfası haq­qında düşüncələr” adlı yeni kitab çapdan çıxıb

Bugünlərdə Yardımlı rayonunun Şiləvəngə kəndi və həmin kəndin böyük tayfalarından olan Dadaşlı tayfasına həsr olunmuş yeni kitab çapdan çıxıb.

“Şiləvəngədən başlayan köç Dadaşlı tayfası haqqında düşüncələr” adlanan bu kitabın həmmüəllifləri görkəmli ziyalı və dövlət məmuru Fikrət Şirinov, tanınmış jurnalist Xanoğlan Əhmədov və mərhum şair-publisist, yazıçı-araşdırmaçı Elbəyi Cəlaloğludur.

Kitab Yardımlı rayonu və Şiləvəngə kən­di­nin tarixi, etimologiyası, mədəni-mənəvi irsi ilə bərabər, Şiləvəngə kən­dində yaşayan Dadaşlılar tayfasının nəsil-şəcərəsinə ayna tu­tur. Tarixi yazılı mənbələrə istinadən, eləcə də canlı şahidlərin de­dik­lə­rindən bəhrələnməklə yazılmış bu kitabda həmçinin Şiləvəngə kən­di­nə məxsus coğrafi adların mənşəyi, mənsubiyyəti barədə qısa izah­lar, kəndin müqəddəs yerləri, tanınmış ziyalıları, görkəmli şəx­siy­yət­lə­ri, Qarabağ müharibəsi şəhidləri, Böyük Vətən Müharibəsində hə­lak olanlar barədə də məlumatlar vardır.

Şiləvəngə kəndi haqqında bu cür sistemli şəkildə tədqiqat əsəri ilk dəfə işıq üzü görür. Gər­gin və böyük zəhmət hesabına ərsəyə gələn, geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Şiləvəngədən başlayan köç Dadaşlı tayfası haqqında düşüncələr” kitabı gələcəkdə tədqiqatçılar üçün zəngin mə­lumat mənbəyi olacaqdır.