"Türklərin İrsi" layihəsi Azərbaycanda fəaliyyətə başlayıb

“Türklərin İrsi” layihəsi 17 cildlik toplu və 18 sənədli filmdən ibarətdir

Türkiyə Cümhuriyyəti Prezident Adminstrasiyasının himayəsi ilə həyata keçirilən "Türklərin İrsi" layihəsi çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində layihə qrupu Azərbaycanda fəaliyyətə başlayıb.

Ilkxeber.org  xəbər verir ki, “Türklərin İrsi” layihəsi 17 cildlik toplu və 18 sənədli filmdən ibarətdir.

Dünyanın 53 fərqli ölkəsində həyata keçirilən layihə mədəniyyət, incəsənət, təhsil və elm kimi mövzuları əhatə edir və memarlıq nümunələrinin kollektiv inventarını çıxarmağı hədəfləyir.

Layihənin baş redaktoru Prof.Dr. Osman Eravşar, layihə koordinatoru İbrahim Divarcı və prodüser Tamer Yiğitin də daxil olduğu böyük bir heyət Bakı, Şəmkir, Qəbələ, Qobustan və Gəncədəki əsərlərini çəkilişini edəcək.

Bundan əlavə, sənədli film üçün Azərbaycanın elm adamları ilə müsahibələr ediləcək, Azərbaycan Muzeylərində birgə tədqiqatlar aparılacaq.