Layihə rəhbəri və təşkilatçısı Aygün Əzizovanın olduğu YAP Yasamal Rayon Təşkilatında 2 Fevral - Gənclər Gününə həsr olunmuş "Gəncliyimi necə görmək istərdim" adlı respublika sərgi-müsabiqəsi keçirildi.
Sərgidə Azərbaycanın bütün bölgələrindən gələn 300 nəfər müxtəlif yaş qruplarında olan rəssam 1 əsəri ilə iştirak edirdi . Sərgi - müsabiqədə müxtəlif texnikalarda olan əsərlər sərgilənirdi . İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad olundu.
Sərgini giriş sözü ilə açan YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev sərgi iştirakçılarını salamlayıb, 2 Fevral - Gənclər Günü münasibətilə təbrik etdi. Sənət yollarında uğurlar arzuladı. Beynəlxalq Qalereyanın direktoru Elnurə xanıma uzun illər uğurlu əməkdaşlığa və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində fəal fəaliyyətinə görə təşəkkür edib sözü Elnurə xanıma verdi. Elnurə xanım isə çıxışında rəssamların bu müsabiqəyə böyük həvəslə hazırlaşdıqlarını və sərgiyə təqdim etdikləri əsərlərin bir-birindən maraqlı olduğunu bildirdi. Sonda bütün rəssamlara daimi fəaliyyətdə olmalarını, sənətlərini daha da inkişaf etdirmələrini tövsiyə etdi. Sərginin münsif heyəti ADPU - nun baş müəllimi Səmayə Rzayeva, ADPU -nun baş müəllimi Səyyar Əliyev, ADRA - nın müəllimi Zinaida Mirzəzadə, Səs TV-nin əməkdaşı, Qarabağ veteranı Çingiz Abdullayev, ADPK - nun və ADİK - nin müəllimi Rəsmiyyə Mahmudova, Uni Kids Klubun rəhbəri Yeganə Kələntərli rəssamlara uğurlar arzuladılar.
Sonda rəssamlar diplomlarla təltif olunub, xatirə fotoları çəkildi.
Aygün Oqtay,
Fotoqraf: Camal
© 2020 - Created by İLK XEBER.