“Tariximizə sahib çıxaq” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Zəfərdən – Böyük qayıdışa!” layihəyə 01 sentyabr 2023-cü il tarixindən etibarən start vermişdir. Bu barədə layihənin rəhbəri və təşkilatın sədri Araz Şamilov məlumat vermişdir.
Layihə rəhbəri bildirib ki, təşkilat tərəfindən Vətən müharibəsinə dair 44 günlük qələbəyə həsr olunmuş təlimlərlə yanaşı “Zəfərə gedən yol” adlı kitab və “Zəfərdən – Böyük qayıdışa!” buklet hazırlanmışdır.
Təşkilat ikinci tədbirinə oktyabr ayının 14-də Maştağa qəsəbəsində yerləşən 187 saylı tam orta məktəbdə 44 günlük zəfər tariximizə həsr olunmuş tədbirlə başladı. Məktəbin infformatika otagında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra isə tədbiri çıxış sözü ilə açan məktəbin direktoru Gülnarə Məmmədova tədbirin əhəmiyyətindən, 44 günlük müharibədə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimiz haqqında məktəblilər tərədindən hazırlanan kitabla bağlı məlumat vermişdir. Sonra təşkilatın sədri Araz Şamilov qonaqları salamlayaraq, layihə haqqında iştirakçılara geniş məlumat verdi. O, qeyd etdi ki, gələcəkdə belə tədbirləri Azərbacanın digər bölgələrində də keçirməyi planlaşdırırlar. Sonda məktəblilərin ifasında şəhidlərin xatirəsinə həsr olunmuş kompozisiyalarda məktəblilər 44 günlük zəfər tarixini, şəhidləri, qazilərin qəhrəmanlığını tərənnüm edən şeirlər söylədilər.
Tədbirin sonunda çıxış edən AMEA Folklor İnstitutunun əməkdaşı Vəfa Saleh şagirdləri hər zaman Vətənimizi sevməyə, şəhidlərimizi unutmamağa çağırdı. Məktəbin tarix müəllimi siyasi elmlər üzrə fəlsəfə doktoru Ruhəngiz Hacıyeva tədbirin sonunda çıxış edərək, düşmənin məkirli planları və o planlara qarşı hər zaman ayıq olmağın vacibliyi haqqında şagirdlərə məlumat verdi.
Tədbirin sonunda təşkilatın sədri A.Şamilov tədbirdə iştirak edən bütün aktiv şagirdlərə diplom və hədiyyələr verdi.
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, bizim də üzərimizə böyük yük düşür. Təşkilatın əsas məqsədi də uşaqlar, yeniyetmələr, gənclər arasında hər zaman dövlətçiliyimizin əbədiliyi, Vətənimizin bölünməzliyi, xalqımızın rifahı üçün durmadan çalışmaq, insanları maarifləndirməkdir. Təşkilat gələcəkdə Azərbaycanın digər rayonlarında da bu istiqamətdə işlər aparmaq niyyətindədir.
© 2020 - Created by İLK XEBER.