Qarabağ separatçıları özünü buraxdı - Təcili

Xankəndidəki qondarma “artsax respublikası” rəsmi olaraq ləğv edildi.

Bu barədə “artsax respublikasının” “prezidenti” Samvel Şahramanyan "fərman" imzalayıb.

“Fərmanda” deyilir:

1. 2024-cü il yanvarın 1-dək “artsax respublikası”nın tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “artsax respublikası”nın mövcudluğu dayandırılsın;

2. Qarabağın erməni əhalisi, o cümlədən “respublikadan” kənarda yerləşən əhali bu “fərman” qüvvəyə mindikdən sonra gələcəkdə Qarabağda qalma (qayıtmaq) mümkünlüyü haqqında müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.

Bu “fərman” dərc edildikdən dərhal sonra qüvvəyə minir.