“Vətən səmasının sönməyən ulduzları”

Əli Cəfərov: “Zəfər tarixinə həsr olunan layihə yekunlaşmaq üzrədir”

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan xalqının 44 günlük Zəfər tarixinin təbliğatçılarından olmaq üçün daha bir uğurlu vasitəyə sahibləndi. Belə ki, İctimai Birliyin Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsinə təqdim etdiyi “Zəfər tarixinin xronikası yazılı ədəbi nümunələr və təsvirlərdə” adlı layihəsi uğur qazanmış layihələr sırasındadır.

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri və layihənin rəhbəri Əli Cəfərov jurnalistlərə açıqlamasında  layihəni dəyərləndirdiklərinə görə bir daha Agentliyə xüsusi təşəkkürünü bildirdi.  

Layihə rəhbəri onu da xüsusi vurğuladı ki, Vətən müharibəsinin qəhrəman şəhidlərinin bir qisminin həyat və döyüş yollarına həsr olunmuş bu layihə Zəfər tariximizin bir parçasını özündə əks etdirdiyindən onu həyata keçirmək həm qürurverici hiss, həm vətənpərvərliyin təbliği, həm də tariximizin qorunmasında əvəzsiz vəsaitdir. Layihə çərçivəsində iştirakçılar Masallı rayonundan şəhid olmuş igid oğullarımızın həyat və döyüş yolundan bəhs edən “Vətən səmasının sönməyən ulduzları” adlı kitabı artıq çapa hazırdır. Layıhə rəhbəri bildirdi kı, zəngin məlumatlara malik  kitab haqqında məlumatlar gedən hər bir şəhid ailəsinə paylamaqla yanaşı, respublika kitabxanalarının, arxivlərinin də sərəncamına verəcəklər.

Əli Cəfərov onu da vurğuladı kı, kitabda yer alan məlumatları dəqiqləşdirmək məqsədi ilə bütün şəhid ailələrilə əlaqə saxlanılıb və onlarla səmim görüşlər olub.