Bakıda klinika rəhbəri, ali dərəcəli həkim vəfat etdi - FOTO

Azərbaycanın tanınmış həkimlərindən biri, klinika rəhbəri, ali dərəcəli həkim, uroloq - androloq Nazim Nəzərov vəfat edib.

İlkxeber.org xəbər verir ki, bu barədə onun Baş həkimi olduğu «UltraMed» Tibb Mərkəzi məlumat yayıb.

Nazim Nəzərov Türk Dünyası uluslararası Beynəlxalq Elmlər Akademiyasının Fəxri professoru, ali dərəcəli seksoloq idi.

O, uzun müddət doğulduğu Yardımlı rayonunda rayon Mərkəzi Klinikasının baş həkimi kimi də çalışıb.

2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının “I dərəcəli Hippokrat ordeni” ilə təltif edilmişdir.

Əldə etdiyimiz məlumata görə, 67 yaşlı həkim xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!