Sərhədi pozan Ermənistan vətəndaşı Begleryan kimdir? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI

Xəbər verildiyi kimi, avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Begleryan Rashid Aramis saxlanılıb.

İlkxeber.org  xəbər verir ki, "Caliber"in məlumatına görə, Beqleryan Laçın keçid məntəqəsindən yan keçərək sərhədi keçməyə cəhd edib və guya “Spayka” şirkətinin sürücü köməkçisi olub.

Lakin onun Azərbaycan ərazisinə təxribat törətmək üçün göndərilmiş Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olduğuna əsaslı şübhələr var.

Begleryan Rashid Aramisin fotosunu təqdim edirik: