Prezident İlham Əliyev başsağlığı verdi

1990-cı illərdə Qarabağ münaqişəsini işıqlandırmış amerikalı yazıçı və jurnalist Thomas Goltz vəfat edib.

İlkxeber.org xəbər verir ki, Prezident İlham Əliyev mərhumun ailəsinə başsağlığı verib.
"Məşhur jurnalist, yazıçı, publisist, Azərbaycanın böyük dostu Tomas Qoltzun vəfatı xəbəri bizi olduqca kədərləndirdi".
"Tomas Qoltz uzun illərdən bəri jurnalistika sahəsində davamlı və səmərəli fəaliyyəti, zəngin təcrübəsi və yüksək peşəkarlığı ilə böyük nüfuz qazanmış, dərin araşdırmaları, hərtərəfli, qərəzsiz təhlilləri və məqalələri ilə “qaynar” münaqişə nöqtələrində sülhə və barışığa nail olunmasına töhfə vermişdir."